ABŞ xüsusi xidmət agentinin avtomobilindən "Trump Tower" göydələninin sxemi oğurlanıb

ABŞ xüsusi xidmət agentinin avtomobilindən "Trump Tower" göydələninin sxemi oğurlanıb Kompüterdə Hillari Klintonun yazışmaları ilə bağlı işin təfsilatları, eləcə də Roma Papası Fransisk ilə bağlı informasiya olub
Digər ölkələr
176
18 Mart , 2017 17:49
ABŞ xüsusi xidmət agentinin avtomobilindən Trump Tower göydələninin sxemi oğurlanıb
Courtesy İmage

Bakı. 18 mart. REPORT.AZ/ "Trump Tower" göydələninin ətraflı planlarının olduğunu ABŞ xüsusi xidmət orqanına məxsus noutbuk Nyu Yorkda agentin avtomobilindən oğurlanıb.

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

Xüsusi xidmət orqanından noutbukdakı məlumatın şifrəli olduğunu və istənilən halda orada mühüm məlumat olmadığı bildirilib.

Lakin "ABC News" telekanalı kompüterdə Hillari Klintonun şəxsi poçt ünvanından həyata keçirdiyi yazışmalarla bağlı işin təfsilatlarının, eləcə də Roma Papası Fransisk ilə bağlı informasiyanın olduğunu xəbər verib.

Polis müşahidə kameralarının lentə aldığı kadrları incələyərək hadisəni araşdırır.

Son xəbərlər

Orphus sistemi