ABŞ xarici şirkətləri İrana investisiya yatırmamağa çağırıb

ABŞ xarici şirkətləri İrana investisiya yatırmamağa çağırıb Bakı. 28 sentyabr. REPORT.AZ/ ABŞ İran iqtisadiyyatına investisiya yatırmamaq barədə üçüncü ölkə şirkətlərinə xəbərdarlıq edib.
Digər ölkələr
28 Sentyabr , 2018 19:31
ABŞ xarici şirkətləri İrana investisiya yatırmamağa çağırıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ ABŞ İran iqtisadiyyatına investisiya yatırmamaq barədə üçüncü ölkə şirkətlərinə xəbərdarlıq edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Hater Nauert məlumat verib.

Onun sözlərinə görə, İran rejiminə xarici yatırımlar iranlıların çox ehtiyac duyduğu islahatları yubadır.

Qeyd edək ki, Avropa İttifaqı ABŞ-ın İrana qarşı tətbiq edəcəyi yeni sanksiyalara qarşı çıxmaqla İslam Respublikası ilə əməkdaşlıq üçün mexanizm yaradaraq üçüncü ölkələri də bu işə qoşulmağa dəvət edir. 

Xatırladaq ki, ABŞ İranla nüvə proqramı sazişinə bu il xitam verdikdən sonra noyabr ayınadək 2015-ci ilədək qüvvədə olmuş bütün sanksiyaları bərpa edəcəyini açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi