Yuxarı

ABŞ viza rejimini sərtləşdirir

ABŞ-la vizasiz gediş-gəliş rejimi tətbiq edən ölkələrin sakinləri də Birləşmiş Ştatlara səfər etmək üçün yoxlamadan keçəcək

Bakı. 22 yanvar. REPORT.AZ/ ABŞ-la vizasız gediş-gəliş rejimi tətbiq edən ölkələrin sakinləri də artıq Birləşmiş Ştatlara səfər etmək üçün ciddi yoxlamadan keçməli olacaq.

"Report"un NTV telekanalına istinadən verdiyi xəbərə görə, ABŞ-ın Dövlət Departamenti bəyan edib ki, əgər ABŞ-la vizasız rejim müqaviləsi olan ölkələrin hər hansı sakini 2011-ci ilin mart ayından sonra Suriya, İran, İraq və ya Sudana səfər edibsə, o, Birləşmiş Ştatlara daxil olmaq üçün mütləq şəkildə viza almalı olacaq.

Sözü gedən tələb hərbçilərə və diplomatlara şamil edilməyib.

Vaşinqtondan qeyd ediblər ki, son beş il ərzində Suriya, İran, İraq və ya Sudana beş mindən çox əcnəbi səfər edib ki, onlar daha sonra viza almadan ABŞ-a səfər edə bilərdi. Bu da terrorizm baxımından ciddi təhlükə mənbəyidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi