Yuxarı
    Bağlamaq

    ABŞ-ın vitse-prezidenti Suriya münaqişəsinin hərbi yolla həlli üçün hazır olduqlarını bildirib

    Bu, problemin siyasi yolla həllinin qeyri-mümkün olacağı təqdirdə baş verəcək

    Bakı. 23 yanvar. REPORT.AZ/ ABŞ-ın vitse-prezidenti Co Bayden Suriya münaqişəsinin hərbi yolla həlli üçün hazır olduqlarını bildirib.

    "Report"un "Qazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu, problemin siyasi yolla həllinin qeyri-mümkün olacağı təqdirdə baş verəcək.

    Qeyd edək ki, Suriya münaqişəsi üzrə danışıqlar yanvarın 25-də Cenevrədə başlamalıdır. Amma BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura danışıqların təxirə salına biləcəyini də istisna etməyib.

    Daha əvvəl Rusiya prezidenti Vladimir Putin Suriyadakı vəziyyətin yalnız siyasi yolla həll edilə biləcəyini bildirmişdi. Onun sözlərinə görə, belədə daha az qurban və təhlükə olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi