Amerikalıların Əfqanıstandan təxliyəsi avqustun sonunadək yekunlaşacaq

Amerikalıların Əfqanıstandan təxliyəsi avqustun sonunadək yekunlaşacaq ABŞ prezidenti Cozef Bayden ümid edir ki, Amerika hərbçiləri planlaşdırıldığı kimi avqustun 31-dək Birləşmiş Ştatlar vətəndaşlarının Əfqanıstandan təxliyəsini qurtara biləcəklər.
Digər ölkələr
20 Avqust , 2021 03:46
Amerikalıların Əfqanıstandan təxliyəsi avqustun sonunadək yekunlaşacaq

ABŞ prezidenti Cozef Bayden ümid edir ki, Amerika hərbçiləri Birləşmiş Ştatlar vətəndaşlarının Əfqanıstandan təxliyəsini planlaşdırıldığı kimi avqustun 31-dək qurtara biləcəklər.

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan CBS televiziya şirkətinin efirində bildirib.

ABŞ rəsmisi qeyd edib ki, prezident Əfqanıstanı tərk etmək istəyən hər bir amerikalının həmin ölkədən çıxarılmasının təmin edilməsinə sadiqdir.

“O, hesab edir ki, biz bunu 31 avqusta qədər əldə edə bilərik", - deyə Ceyk Sallivan Amerika liderinin Əfqanıstanda qalma müddətini uzatmağa meylli olub-olmaması barədə suala cavabında bildirib.

Son xəbərlər

Orphus sistemi