ABŞ vətəndaşlarının bir qrupu Vuhandan çıxarılıb

ABŞ vətəndaşlarının bir qrupu Vuhandan çıxarılıb Yeni koronavirusun yayılma ocağı olan Hubei əyalətinin paytaxtı Vuhan şəhərindən aralarında diplomatların da olduğu 240 ABŞ vətəndaşı təyyarə ilə Alaskanın Ankoric şəhərinin hava limanına gətirilib.
Digər ölkələr
29 Yanvar , 2020 13:36
ABŞ vətəndaşlarının bir qrupu Vuhandan çıxarılıb
Deutsche Welle

Yeni koronavirusun yayılma ocağı olan Hubei əyalətinin paytaxtı Vuhan şəhərindən aralarında diplomatların da olduğu 240 ABŞ vətəndaşı təyyarə ilə Alaskanın Ankoric şəhərinin hava limanına gətirilib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, burada yanacaq doldurulduqdan sonra təyyarə Kaliforniyanın Ontario şəhərinə yola düşəcək. Hava limanında ikən bütün sərnişinlər yeni pnevmoniyaya görə müayinədən keçiriliblər.

Bundan əvvəl CNN xəbər vermişdi ki, Kaliforniyaya çatandan sonra həmin şəxslər 3 gündən 2 həftəyədək müddətə təcrid oluna bilərlər.

Qeyd edək ki, son məlumata görə, Çində yeni pnevmoniyaya yoluxanların sayı 5974 nəfərə, ölənlərin sayı da 132 nəfərə çatıb. Daha 9239 nəfərə dair koronavirusla bağlı şübhələrin olduğu, xəstələrlə yaxından təmasda olmuş 59900 nəfər isə nəzarətdədir.

Son xəbərlər

Orphus sistemi