ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Səudiyyə Ərəbistanına gedərkən həddindən artıq ehtiyatlı olmağı tövsiyə edib.
Bu barədə "Report" CNBC-yə istinadən xəbər verir.
Bundan əlavə, ABŞ-ın diplomatik missiyasının heyətinə və onların ailələrinə Abha şəhərindəki hava limanından istifadə etməyə icazə verilmir.
Qeyd olunur ki, bu şəhər yəmənli qiyamçılar - husilər tərəfindən dəfələrlə pilotsuz uçan aparatlar və raketlərlə hücuma məruz qalıb.
Xatırladaq ki, sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanın iki neft obyektində pilotsuz aparatların hücumu nəticəsində yanğınlar baş verib. Neft sahəsində ən böyük ixracatçı və üç ən böyük istehsalçıdan biri olan ölkə hücumdan sonra hasilatı 50%-dən çox azaltdığını açıqlayıb. Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının döyüşdüyü husilər neft yataqlarına onların döyüşçülərinin pilotsuz uçuş aparatlarla hücum etdiklərini açıqlayıb.