ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edib - VİDEO

ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edib - VİDEO Bakı. 29 yanvar. REPORT.AZ/ ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edib.
Digər ölkələr
1903
29 Yanvar , 2019 01:22
ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edib - VİDEO

Bakı. 29 yanvar. REPORT.AZ/ ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların maliyyə naziri Stiven Mnuçin deyib.

"Bu gün Maliyyə Nazirliyi Venesuelanın aktivlərinin bundan sonra keçmiş prezident Maduro tərəfindən istifadəsini əngəlləmək üçün ölkənin PDVSA dövlət neft şirkətinə qarşı tədbirlər görüb", - deyə nazir bildirib.

Məlumata görə, Vaşinqton korporasiyanın 7 milyard dollar həcmində aktivlərini donduracaq.

Nazir həmçinin qeyd edib ki, Venesuela neftinə müştəri çıxan istənilən alıcının hesabları dondurula bilər.

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.

Son xəbərlər

Orphus sistemi