ABŞ administrasiyası Venesuelaya qarşı sanksiyaları yumşalda bilər.
“Report” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.
“Əgər Venesuela azad və ədalətli seçkilərə gətirib çıxaran demokratiyanı bərpa etmək üçün konkret addımlar atsa, biz də sanksiyaların müvafiq şəkildə yüngülləşdirilməsinə hazırıq. Hazırda Venesuela lazımi addımları atmayıb və sanksiyalarımız qüvvədə qalır”, - Jan-Pyer bildirib.
2018-ci ildə Venesuelada Nikolas Maduronun yenidən ölkə prezidenti seçilməsi ilə bağlı siyasi böhran davam edir. Onun qələbəsi müxalifət nümayəndələri, xüsusən də parlamentin o vaxtkı spikeri Xuan Quaydo tərəfindən qəbul edilməyib.