ABŞ Venesuelaya qarşı sanksiyaları bir daha genişləndirib

ABŞ Venesuelaya qarşı sanksiyaları bir daha genişləndirib Bakı. 1 mart. REPORT.AZ/ ABŞ Maliyyə Nazirliyi Venesuelaya qarşı sanksiyaları genişləndirdiklərini açıqlayıb.
Digər ölkələr
1 Mart , 2019 20:25
ABŞ Venesuelaya qarşı sanksiyaları bir daha genişləndirib

Bakı. 1 mart. REPORT.AZ/ ABŞ Maliyyə Nazirliyi Venesuelaya qarşı sanksiyaları genişləndirdiklərini açıqlayıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsinin məlumatına görə, sanksiya siyahısına Venesuelanın insan hüquqlarının pozulması və başqa sui-istifadələrdə əli olduğu bildirilən 6 nəfər keçmiş və hazırkı rəsmi şəxsinin adı salınıb.

Xatırladaq ki, fevralın 24-də ABŞ Nikolas Maduro hökumətinin dörd nəfər rəsmisinin adını sanksiya siyahısına salmışdı.

Son xəbərlər

Orphus sistemi