ABŞ və Ukrayna prezidentləri Donbasdakı vəziyyəti müzakirə ediblər

ABŞ və Ukrayna prezidentləri Donbasdakı vəziyyəti müzakirə ediblər Müzakirələr iki liderin telefon söhbəti zamanı baş tutub
Digər ölkələr
5 Fevral , 2017 04:52
ABŞ və Ukrayna prezidentləri Donbasdakı vəziyyəti müzakirə ediblər

Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Pyotr Poroşenko telefon söhbəti zamanı Donbasdakı vəziyyəti müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bəyanatda bildirilir ki, iki ölkə lideri əsas diqqəti Donbasdakı vəziyyətə yönəldib və atəşkəs rejiminin müəyyən edilməsinin vacibliyini vurğulayıb.

Qeyd olunur ki, tərəflər münaqişəni siyasi-doplomatik yolla həll etməyə çalışırlar.

Telefon söhbətində strateji tərəfdaşlıq məsələlərinə də toxunulub.

Son xəbərlər

Orphus sistemi