​ABŞ və Səudiyyə Ərəbistanı Suriya müxalifətinə dəstəyi artıracaq

​ABŞ və Səudiyyə Ərəbistanı Suriya müxalifətinə dəstəyi artıracaq Tərəflər münaqişənin siyasi yolla nizamlanması üzərində işin davam etdirilməsi barədə razılığa gəliblər
Digər ölkələr
25 Oktyabr , 2015 08:57
​ABŞ və Səudiyyə Ərəbistanı Suriya müxalifətinə dəstəyi artıracaq

Bakı. 25 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül-Əziz əl Səud ilə ABŞ-ın dövlət katibi Con Kerri arasında aparılan danışıqlar çərçivəsində Suriyanın mötədil müxalifətinə dəstəyin artırılması barədə razılıq əldə olunub.

"Report" "PressTV"yə istinadən xəbər verir ki, tərəflər münaqişənin siyasi yolla nizamlanması üzərində işin davam etdirilməsi barədə razılığa gəliblər.

Onlar, həmçinin dinc məqsədlərə tezliklə nail olmaq üçün beynəlxalq ictimaiyyət qüvvələrinin səfərbər edilməsinin zəruriliyini müzakirə ediblər. 

Son xəbərlər

Orphus sistemi