ABŞ və Rusiya XİN müavinlərinin görüşü məhsuldar keçib

ABŞ və Rusiya XİN müavinlərinin görüşü məhsuldar keçib ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın Moskvaya səfəri konstruktiv və məhsuldar olub.
Digər ölkələr
13 Oktyabr , 2021 07:43
ABŞ və Rusiya XİN müavinlərinin görüşü məhsuldar keçib

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın Moskvaya səfəri konstruktiv və məhsuldar olub.

"Report" xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki keçirdiyi brifinqdə bildirib.

Qeyd edək ki, Nuland ilə rusiyalı həmkarı Sergey Ryabkov arasında görüş bir saat yarımdan çox davam edib.

Dövlət katibinin müavini oktyabrın 13-dək Rusiyada səfərdə olacaq. Onun Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və Prezident Administrasiyası Aparatının rəhbərinin müavini Dmitri Kozak ilə görüşü planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi