ABŞ və Rusiya xarici işlər nazirləri Əfqanıstandakı vəziyyəti müzakirə ediblər

ABŞ və Rusiya xarici işlər nazirləri Əfqanıstandakı vəziyyəti müzakirə ediblər Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Antoni Blinken prezident Əşrəf Qaninin Əfqanıstanı tərk etməsindən sonra ölkədəki vəziyyəti müzakirə ediblər.
Digər ölkələr
16 avqust 2021 16:52
ABŞ və Rusiya xarici işlər nazirləri Əfqanıstandakı vəziyyəti müzakirə ediblər
Sergey Lavrov və Antoni Blinken

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Antoni Blinken prezident Əşrəf Qaninin Əfqanıstanı tərk etməsindən sonra ölkədəki vəziyyəti müzakirə ediblər.

"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

"Tərəflər dövlət başçısının Əfqanıstanı tərk etməsindən sonra ölkədəki vəziyyəti, mövcud hökumətin çökməsini və de-fakto rejim dəyişikliyini müzakirə ediblər", - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Sergey Lavrov amerikalı həmkarına vəziyyəti qiymətləndirməyi və Rusiya səfirliyinin Əfqanıstanın bütün əsas siyasi qüvvələrinin nümayəndələri ilə sabitlik və asayişin təşviqi naminə təmasları genişləndirməyin vacibliyi haqqında məlumat verib.

Son xəbərlər

Orphus sistemi