ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı oldu

ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı oldu ABŞ və Rusiya prezidentləri - Donald Tramp ilə Vladimir Putin arasında telefon söhbəti olub.
Digər ölkələr
30 Mart , 2020 20:35
ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı oldu

ABŞ və Rusiya prezidentləri - Donald Tramp ilə Vladimir Putin arasında telefon söhbəti olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin Mətbuat xidmətindən açıqlama verilib.

Bildirilib ki, tərəflər yeni koronavirusun geniş yayılmasından narahatlıq ifadə edərək bu təhlükəyə qarşı gördükləri tədbirlərlə bağlı bir-birini məlumatlandırıb, sözügedən sahədə daha sıx əməkdaşlıq yolları barədə fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi