ABŞ və Rusiya ordusunun qərargah rəisləri Helsinkidə görüşəcəklər

ABŞ və Rusiya ordusunun qərargah rəisləri Helsinkidə görüşəcəklər Bakı. 7 iyun. REPORT.AZ/ ABŞ Hərbi Qüvvələrinin Baş Qərargah rəisləri Komitəsinin rəhbəri general Cozef Danfordla Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Valeri Gerasimov iyunun 8-də Finlandiyanın paytaxtı Helsinkidə görüşəcəklər.
Digər ölkələr
7 İyun , 2018 10:21
ABŞ və Rusiya ordusunun qərargah rəisləri Helsinkidə görüşəcəklər
0 : 00
0 : 00

Bakı. 7 iyun. REPORT.AZ/ ABŞ Hərbi Qüvvələrinin Baş Qərargah rəisləri Komitəsinin rəhbəri general Cozef Danfordla Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Valeri Gerasimov iyunun 8-də Finlandiyanın paytaxtı Helsinkidə görüşəcəklər.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Finlandiya Müdafiə Qüvvələri yayıb.

Bildirilib ki, qərargah rəislərinin hər biri ayrı-ayrılıqda Finlandiya Prezidenti Sauli Niinistö və ölkənin Müdafiə Qüvvələrinin komandanı Yarmo Lindberqlə görüşəcək.

Generalların müzakirə edəcəkləri mövzu barədə məlumat verilməyib.

Xatırladaq ki, Cozef Danfordla Valeri Gerasimov sonuncu dəfə bu il aprelin 19-da Bakıda görüşüb. 

Son xəbərlər

Orphus sistemi