Yuxarı

​ABŞ və müttəfiqləri İŞİD-in mövqelərinə 28 hava zərbəsi endirib

Terror qruplaşmasının qərargahı, silah, döyüş sursatı anbarları

Bakı. 24 aprel. REPORT.AZ/ABŞ və onun müttəfiqləri Suriyada və İraqda İŞİD-in mövqelərinə 28 aviasiya zərbəsi endirib.

"Report"un məlumatına görə, bu haqda İŞİD terror qruplaşmasına qarşı beynəlxalq koalisiyanın komandanlığı məlumat yayıb. Məlumata görə, koalisiya aviasiyasının Suriyada terror qruplaşmasının mövqelərinə endirdiyi dörd hava zərbəsi nəticəsində üç taktiki bölmə, iki atəş mövqeyi və terrorçuların artilleriya sistemi məhv edilib.

İŞİD-in İraqdakı mövqelərinə endirilmiş 24 zərbə nəticəsində terror qruplaşmasının qərargahı, silah, döyüş sursatı anbarları vurulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi