ABŞ və Meksika sərhədində çəkiləcək divar 21,6 mlrd. dollara başa gələcək

ABŞ və Meksika sərhədində çəkiləcək divar 21,6 mlrd. dollara başa gələcək Divarın uzunluğu 2 min km. təşkil edəcək
Digər ölkələr
10 Fevral , 2017 06:15
ABŞ və Meksika sərhədində çəkiləcək divar 21,6 mlrd. dollara başa gələcək

Bakı. 10 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın Meksika ilə sərhəddə inşa etmək niyyətində olduğu divar 21,6 milyard dollara başa gələcək.

"Report" xəbər verir ki, bu barədə Daxili Təhlükəsizlik Nazirliyinin hesabatına istinadən "Reuters" məlumat yayıb.

Nəzərdə tutulan tikili divar və hasar sistemini özündə əks etdirəcək. Onun uzunluğu 2 min kilometr təşkil edəcək. Tikinti işlərinin 2020-ci ilin sonunda başa çatdırılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi