ABŞ və Meksika rüsum və miqrasiya barədə razılığa gəlib

ABŞ və Meksika rüsum və miqrasiya barədə razılığa gəlib Amerika lideri Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar və Meksika rüsum və miqrasiya ilə bağlı saziş əldə edib.
Digər ölkələr
8 iyun 2019 02:24
ABŞ və Meksika rüsum və miqrasiya barədə razılığa gəlib

Amerika lideri Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar və Meksika rüsum və miqrasiya ilə bağlı saziş əldə edib.

"Report" xəbər verir ki, o bu barədə öz "Twitter" mikrobloqunda yazıb.

"Xəbər verməyə şadam ki, Birləşmiş Ştatlar Meksika ilə razılıq əldə edib. ABŞ-ın bazar ertəsi Meksikaya qarşı planlaşdırdığı rüsum tətbiqi bununla əlaqədar olaraq qeyri-müəyyən müddətə təxirə salınıb", — deyə o bildirib.

Trampın sözlərinə görə, Meksika qanunsuz miqrasiya ilə bağlı mübarizə üçün ABŞ-la sərhəddə qəti addımlar atmağa razılıq verib.

Son xəbərlər

Orphus sistemi