ABŞ və Meksika prezidentləri arasında telefon danışığı olub

ABŞ və Meksika prezidentləri arasında telefon danışığı olub ABŞ prezidenti Cozef Bayden meksikalı həmkarı Andres Manuel Lopes Obradorla danışıqlar aparıb
Digər ölkələr
2 Mart , 2021 05:33
ABŞ və Meksika prezidentləri arasında telefon danışığı olub
Cozef Bayden

ABŞ prezidenti Cozef Baydenlə meksikalı həmkarı Andres Manuel Lopes Obrador arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin saytı bildirib.

Bəyanata əsasən, tərəflər danışıqlar zamanı koronavirusla mübarizədə əməkdaşlıq mövzusuna toxunublar. Dövlət başçıları həmçinin iqlim problemləri və iqtisadi qarşılıqlı fəaliyyəti də müzakirə ediblər.

ABŞ və Meksika rəhbərləri iki ölkənin yaxınlığı və qarşılıqlı ehtiram əsasında əlaqələrin inkişafında maraqlı olduqlarını bildiriblər.

Bundan başqa, prezidentlər sərhəddə qarşılıqlı fəaliyyəti də müzakirə ediblər.

Daha əvvəl ABŞ prezidenti bildirmişdi ki, meksikalı həmkarı Andres Manuel Lopes Obradorla danışıqlarda Amerika vaksinlərinin bu ölkəyə göndərilməsi məsələsini müzakirə etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi