ABŞ və KXDR sammit öncəsi daha bir dəfə danışıqlar aparacaq

ABŞ və KXDR sammit öncəsi daha bir dəfə danışıqlar aparacaq Bakı. 9 fevral. REPORT.AZ/ ABŞ və KXDR fevralın sonlarına nəzərdə tutulan sammit öncəsi daha bir dəfə danışıqlar aparacaq.
Digər ölkələr
9 Fevral , 2019 03:18
ABŞ və KXDR sammit öncəsi daha bir dəfə danışıqlar aparacaq

Bakı. 9 fevral. REPORT.AZ/ ABŞ və KXDR fevralın sonlarına nəzərdə tutulan sammit öncəsi daha bir dəfə danışıqlar aparacaq.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pxenyanda Amerikanın xüsusi nümayəndəsi Stiven Biqan və onun şimali koreyalı həmkarı Kim Hyok Çxol arasında baş tutan danışıqların yekunu üzrə Dövlət Departamenti məlumat yayıb.

"Sinqapur sammitində prezident Tramp və sədr Kimin tam nüvəsizləşdirmə, ABŞ və KXDR münasibətlərinin transformasiyası və Koreya yarımadasında davamlı sülhün bərqərar olması ilə bağlı üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi müzakirə olundu. Xüsusi nümayəndə Biqan və xüsusi nümayəndə Kim prezident Tramp və sədr Kimin ikinci sammiti öncəsi daha bir dəfə görüşmək qərarına gəliblər", - deyə Dövlət Departamentinin məlumatında bildirilir.

Donald Tramp və Kim Çen In sammitinin 27-28 fevral tarixlərində Vyetnamda keçirilməsi nəzərdə tutulub.

ABŞ və KXDR liderlərinin tarixdə ilk sammiti 12 iyun 2018-ci il tarixində Sinqapurda baş tutub.

Son xəbərlər

Orphus sistemi