ABŞ və KXDR nümayəndələri Sinqapur sammitindən sonra ilk dəfə görüşüblər

ABŞ və KXDR nümayəndələri Sinqapur sammitindən sonra ilk dəfə görüşüblər Bakı. 2 iyul. REPORT.AZ/ ABŞ və KXDR nümayəndələri Sinqapur sammitindən sonra ilk dəfə görüşüblər.
Digər ölkələr
2 İyul , 2018 07:21
ABŞ və KXDR nümayəndələri Sinqapur sammitindən sonra ilk dəfə görüşüblər

Bakı. 2 iyul. REPORT.AZ/ ABŞ və KXDR nümayəndələri Sinqapur sammitindən sonra ilk dəfə görüşüblər.

"Report" xəbər verir ki, bu barədə CNN ABŞ Dövlət Departamentindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, amerikalı məmurlardan ibarət qrup koreyalı həmkarları ilə KXDR-lə Cənubi Koreyanın sərhədində bir araya gəlib. 

Görüş hərbsizləşdirilmiş Pxanmundjom kəndində, iyulun 1-də baş tutub. Amerikanın nümayəndə heyətinə Birləşmiş Ştatların Filippindəki səfiri Son Kim rəhbərlik edib.

İki ölkənin nümayəndələri ABŞ prezidenti Donald Trampla KXDR lideri Kim Çen Inın iştirakı ilə iyunun 12-də keçirilən sammitdə əldə edilən razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.

Bu, iki tərəf arasında Sinqapur sammitinin başa çatmasından sonra ilk danışıqlardır.

Son xəbərlər

Orphus sistemi