Yuxarı
    Bağlamaq

    ​ABŞ və Kuba səfirliklərinin fəaliyyətini bərpa edir

    1959-cu ildə Fidel Kastro hakimiyyətə gələndən sonra iki dövlət arasında diplomatik münasibətlər kəsilmişdi

    Bakı. 1 iyul. REPORT.AZ/ ABŞ-la Kuba qarşılıqlı razılaşmaya uyğun olaraq, Havana və Vaşinqtonda daimi diplomatik nümayəndəliklərinin-səfirliklərinin fəaliyyətini bərpa edir.

    "Report" xəbər verir ki, bu haqda "BBC" məlumat yayıb.

    1959-cu ildə Fidel Kastro Rus hakimiyyətə gələndən sonra iki dövlət arasında diplomatik münasibətlər kəsilmişdi.

    1961-ci ildən bəri 54 il ərzində ABŞ Kubaya qarşı ticarət embarqosu tətbiq edib. Ötən ilin sonunda ABŞ prezidenti və Kuba lideri Raul Kastro ikitərəfli münasibətlərin normallaşdığını bildirib.

    Bu ilin aprelində isə ABŞ Kubanı terrorçuluğu himayə edən dövlətlərin siyahısından çıxarıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi