ABŞ və İspaniya qanunsuz miqrasiya məsələsində əməkdaşlıq edəcək

ABŞ və İspaniya qanunsuz miqrasiya məsələsində əməkdaşlıq edəcək ABŞ Prezidenti Cozef Bayden və İspaniyanın Baş naziri Pedro Sançes qanunsuz miqrasiya problemi ilə bağlı əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Digər ölkələr
29 İyun , 2022 00:15
ABŞ və İspaniya qanunsuz miqrasiya məsələsində əməkdaşlıq edəcək

ABŞ Prezidenti Cozef Bayden və İspaniyanın Baş naziri Pedro Sançes qanunsuz miqrasiya problemi ilə bağlı əməkdaşlıq etmək barədə razılığa gəliblər.

"Report" xəbər verir ki, bu barədə "Europa Press" agentliyi məlumat yayıb.

Bayden və Sançes NATO sammitindən əvvəl Madriddə görüşüblər. Həmçinin görüşdən sonra iki ölkə birgə bəyannamə imzalanıb.

Sənəddə deyilir ki, İspaniya və ABŞ Şimali Afrika regionunda qanunsuz miqrasiya çağırışlarına cavab olaraq davamlı əməkdaşlığın vacibliyini qəbul edir.

Bununla əlaqədar iki ölkə qanunsuz miqrasiyanın əsas səbəblərini aradan qaldırmaq üçün səyləri əlaqələndirmək barədə razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi