​ABŞ və İranın diplomatiya rəhbərləri Davosda görüşüblər

​ABŞ və İranın diplomatiya rəhbərləri Davosda görüşüblər Görüş təqribən bir saat davam edib
Digər ölkələr
24 Yanvar , 2015 07:33
​ABŞ və İranın diplomatiya rəhbərləri Davosda görüşüblər

Bakı. 24 yanvar. REPORT.AZ/ Birləşmiş Ştatlar və İslam Respublikasının diplomatiya rəhbərləri Con Kerri və Məhəmməd Zərif İsveçrənin Davos şəhərində keçirilən iqtisadi forum zamanı görüşüblər.

"Report" xəbər verir ki, bu barədə Dövlət Departamentindəki diplomatik mənbəyə istinadən "Reuters" məlumat yayıb.

Görüş təqribən bir saat davam edib. Kerri və Zərifin hər hansı bir razılaşmaya nail olub-olmadıqları məlum deyil, lakin söhbətin yenə İranın nüvə proqramı ilə bağlı getdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi