ABŞ və Çin yanvarda Pekində ticarət danışıqları aparacaq

ABŞ və Çin yanvarda Pekində ticarət danışıqları aparacaq Bakı. 27 dekabr. REPORT.AZ/ ABŞ nümayəndə heyəti çinli həmkarları ilə ticarət məsələləri üzrə danışıqlar aparmaq üçün 2019-cu il yanvarın əvvəlində Pekinə getməyi planlaşdırır.
Digər ölkələr
27 Dekabr , 2018 03:55
ABŞ və Çin yanvarda Pekində ticarət danışıqları aparacaq

Bakı. 27 dekabr. REPORT.AZ/ ABŞ nümayəndə heyəti çinli həmkarları ilə ticarət məsələləri üzrə danışıqlar aparmaq üçün 2019-cu il yanvarın əvvəlində Pekinə getməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.

Bildirilir ki, Amerika nümayəndə heyətinə ABŞ-ın ticarət danışıqlarında nümayəndəsinin müavini Ceffri Qerriş başçılıq edəcək. Çin tərəfindən danışıqlarda kimin iştirak edəcəyi açıqlanmır.

Daha əvvəl xABŞ Çin məhsullarına əlavə rüsum tətbiq olunmasını təxirə salıb.

Son xəbərlər

Orphus sistemi