ABŞ və Çin ticarət sazişinin birinci mərhələsi ilə bağlı razılaşmanı imzalayıb - FOTO

ABŞ və Çin ticarət sazişinin birinci mərhələsi ilə bağlı razılaşmanı imzalayıb - FOTO ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Dövlət Şurasının baş nazirin müavini Lyu Xe ikitərəfli ticarət mübahisələrinin nizama salınması üzrə sazişin birinci mərhələsi üzrə razılaşmanı imzalayıb.
Digər ölkələr
15 Yanvar , 2020 22:25
ABŞ və Çin ticarət sazişinin birinci mərhələsi ilə bağlı razılaşmanı imzalayıb - FOTO

ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Dövlət Şurasının baş nazirin müavini Lyu Xe ikitərəfli ticarət mübahisələrinin nizama salınması üzrə sazişin birinci mərhələsi üzrə razılaşmanı imzalayıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Bildirilir ki, bununla bağlı mərasim Ağ Evdə keçirilib. Sazişin detalları hələ açıqlamayıb. 

Daha əvvəl Ağ Evin Milli İqtisadi Şurasının başçısı Lourens Kudlou bildirib ki, ABŞ Pekinin ölkələr arasında ticarət razılaşmasının birinci mərhələsində qeyd edilmiş öhdəliklərə tərəfdar olmasına əmin olmaq üçün Çindən idxal edilən bir sıra mallara rüsumları saxlayacaq.

Son xəbərlər

Orphus sistemi