ABŞ və Çin liderlərinin bu yaxınlarda görüşü gözlənilir

ABŞ və Çin liderlərinin bu yaxınlarda görüşü gözlənilir
Digər ölkələr
49029
14 Fevral , 2019 05:30
ABŞ və Çin liderlərinin bu yaxınlarda görüşü gözlənilir

Bakı. 13 fevral. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Siz Cinpinq arasında gələn ay görüş keçiriləcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ kənd təsərrüfatı nazirinin müavini Stiven Senski işgüzar forumdakı nitqi zamanı bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Tramp bu həftə dünyanın iki ən böyük iqtisadiyyatını təmsil edən ticarət heyətləri arasında danışıqların bu həftə son mərhələsinin nikbinlik doğurduğunu deyərək iki ölkə arasındakı “ticarət müharibəsinin başa çatması şərəfinə” çinli həmkarı ilə tezliklə görüşmək arzuzusu ifadə edib. Bunu Ağ Evin müşaviri Kellian Konvay “Fox News”a bazar ertəsi günü bildirib.