Yuxarı

ABŞ və Cənubi Koreya prezidentləri: "Şimali Koreya cəzalandırılmalıdır"

Tərəflər Pxenyana qarşı əlavə sanksiyaların tətbiqi məqsədi ilə birgə fəaliyyət göstərəcəklərini vurğulayıblar

Bakı. 7 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama ilə Cənubi Koreyanın dövlət başçısı Pak Kın Hein arasında telefon danışığı olub. 

"Report" xəbər verir ki, məlumatı Cənubi Koreya prezidentinin mətbuat xidməti yayıb. 

20 dəqiqə davam edən telefon danışığı zamanı prezidentlər Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsini müzakirə ediblər. Dövlət başçıları vurğulayıblar ki, BMT Təhlükəsizlik Şurasının uyğun qətnaməsinin pozduğu üçün Şimali Koreya cəzalandırılmalıdır.

Məlumata görə, Barak Obama Cənubi Koreyanın təhlükəsizliyini təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə edəcəklərini vəd verib.

Şimali Koreyanın təxribatlarına beynəlxalq ictimaiyyətin uyğun cavab verməsi üçün tərəflər bir mövqedən çıxış etmək barədə razılığa gəliblər.

Prezidentlər Şimali Koreyaya qarşı əlavə sanksiyaların tətbiqi məqsədi ilə birgə fəaliyyət göstərəcəklərini də vurğulayıblar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi