ABŞ və Cənubi Koreya ordusu irimiqyaslı birgə təlimlər keçirir

ABŞ və Cənubi Koreya ordusu irimiqyaslı birgə təlimlər keçirir Təlimdə Avstraliya, Böyük Britaniya, Kanada, Kolumbiya, Yeni Zelandiya və Niderland hərbçiləri də iştirak edirlər
Digər ölkələr
21 avqust 2017 07:08
ABŞ və Cənubi Koreya ordusu irimiqyaslı birgə təlimlər keçirir

Bakı. 21 avqust. REPORT.AZ/ ABŞ və Cənubi Koreya ordusu avqustun 21-də irimiqyaslı birgə təlimlərə başlayıb.

“Report” “dw”ya istinadən xəbər verir ki, “Ulchi Freedom Guardian” (“Ulçi azadlığın müdafiəsi” ) kodu altında keçirilən hərbi təlimlər 11 gün davam edəcək. 

Məlumata görə, hərbi təlimlərə ABŞ-ın 17 min 500 əsgər və zabiti cəlb edilib. Şimali Koreyadan ehtimal olunan təhlükənin qarşısını almaq məqsədi ilə ABŞ Cənubi Koreyaya 28 min 500 hərbçi yerləşdirib.

Təlimlərdə Avstraliya, Böyük Britaniya, Kanada, Kolumbiya, Yeni Zelandiya, Niderland hərbçiləri də iştirak edirlər. 

Son xəbərlər

Orphus sistemi