ABŞ və Cənubi Koreya hərbi malların prioritet tədarükü barədə razılığa gəliblər

ABŞ və Cənubi Koreya hərbi malların prioritet tədarükü barədə razılığa gəliblər ABŞ və Koreya Respublikası hərbi resursların və malların tədarükündə qarşılıqlı prioritet haqqında məcburi hüquqi qüvvə daşımayan saziş imzalayıblar.
Digər ölkələr
17 noyabr 2023 04:40
ABŞ və Cənubi Koreya hərbi malların prioritet tədarükü barədə razılığa gəliblər

ABŞ və Koreya Respublikası hərbi resursların və malların tədarükündə qarşılıqlı prioritet haqqında məcburi hüquqi qüvvə daşımayan saziş imzalayıblar.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Koreya Respublikasının Milli Müdafiə Satınalmaları İdarəsi (DAPA) və ABŞ Müdafiə Nazirliyi Tədarük Təhlükəsizliyi Sazişi (SOSA) imzalayıb.

“Cənubi Koreyanın prioritet əsasda hərbi resursları ala biləcəyi gözlənilir ki, bu da ölkəmizdə silah sistemlərinin vaxtında yerləşdirilməsinə və istismarına şərait yaradacaq”, – DAPA bildirib.

Son xəbərlər

Orphus sistemi