ABŞ və Britaniya İraqda koalisya hərbçilərinin öldürülməsini qınayıb

ABŞ və Britaniya İraqda koalisya hərbçilərinin öldürülməsini qınayıb ABŞ və Böyük Britaniya koalisiya qüvvələrinin İraqdakı bazasının bombalanmasını qınayaraq, bunu törədənlərin məsuliyyətə cəlb etməyə çağırıblar.
Digər ölkələr
12 Mart , 2020 10:46
ABŞ və Britaniya İraqda koalisya hərbçilərinin öldürülməsini qınayıb
google

ABŞ və Böyük Britaniya koalisiya qüvvələrinin İraqdakı bazasının bombalanmasını qınayaraq, bunu törədənlərin məsuliyyətə cəlb etməyə çağırıblar.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib. 

“ABŞ-ın dövlət katibi Mayk Pompeo və Böyük Britaniyanın xarici işlər naziri Dominik Raabla aralarında ABŞ, Böyük Britaniya və başqa ölkələrin vətəndaşlarının olduğu hərbçilərinin ölməsi ilə nəticələnən İraqdakı Taci hərbi bazasına hücumu müzakirə ediblər. Onlar terrorçu İŞİD qruplaşmasına qarşı mübarizənin gücləndirilməsi səylərini dəstəklədiklərini, koalisiya qüvvələrinə hücumu qınadıqlarını bildiriblər”, - Dövlət Departamentindən vurğulanıb.

Qeyd edək ki, martın 11-də edilən hücum nəticəsində ABŞ-ın başçılıq etdiyi koalisiyanın 3 hərbçisi ölüb, 12-si isə yaralanıb. Ölənlərdən 2-si Britaniya, 1 ABŞ hərbçisidir. 

Koalisiyanın məlumatına əsasən, Taciyə 18 “Katyuşa” reaktiv mərmisi atılıb.

Son xəbərlər

Orphus sistemi