ABŞ və Böyük Britaniya Türkiyənin İsveçin NATO-ya üzvlüyünü dəstəkləmək qərarını alqışlayır

ABŞ və Böyük Britaniya Türkiyənin İsveçin NATO-ya üzvlüyünü dəstəkləmək qərarını alqışlayır ABŞ və Böyük Britaniya liderləri Türkiyənin İsveçin NATO-ya daxil olmasını dəstəkləmək qərarını alqışlayırlar.
Digər ölkələr
10 iyul 2023 21:56
ABŞ və Böyük Britaniya Türkiyənin İsveçin NATO-ya üzvlüyünü dəstəkləmək qərarını alqışlayır

ABŞ və Böyük Britaniya liderləri Türkiyənin İsveçin NATO-ya daxil olmasını dəstəkləmək qərarını alqışlayırlar.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Prezidenti Cozef Bayden və Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildiriblər.

Belə ki, Amerika lideri Türkiyənin İsveçin NATO-ya daxil olmasını dəstəkləmək qərarını alqışlayıb və qeyd edib ki, o, “Avro-Atlantik regionda müdafiə və çəkindirməni gücləndirmək üçün Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyə ilə işləməyə hazırdır”.

“Mən Baş nazir Ulf Kristerssonu və İsveçi NATO-nun 32-ci üzvümüz kimi təbrik etməyi səbirsizliklə gözləyirəm”, - ABŞ liderinin bəyanatında deyilib.

O həmçinin NATO-nun Baş katibi Yens Stoltenberqə liderliyinə görə təşəkkür edib.

Kleverli isə öz növbəsində İsveçin NATO-ya üzvlüyünün “hər kəsin marağında” olduğunu tvit edərək bu addımı alqışlayıb.

“Onların qatılması hamımızı daha təhlükəsiz edir. Böyük Britaniya Türkiyənin bu məqsədə çatmaq üçün atdığı addımları alqışlayır. Biz isveçli dostlarımızı dəstəkləməyə davam edirik”, - Kleverli yazıb.

Son xəbərlər

Orphus sistemi