Yuxarı

ABŞ və Böyük Britaniya Qırğızıstanda mümkün terror hücumları barədə xəbərdarlıq edib

Səfirlik öz vətəndaşlarına xüsusən respublikanın cənubunda səyahət edən zaman diqqətli olmağı tövsiyə edib

Bakı. 10 oktyabr. REPORT.AZ/ ABŞ və Böyük Britaniyanın Qırğızıstandakı səfirliyi bu ölkədə yaşayan vətəndaşlarına müraciət edərək oktyabr ayında ölkə hökuməti və xarici diplomatlara qarşı insanların qaçırılması və girov götürülməsi ilə bağlı ola biləcək terror hücumları təhlükəsinin yüksək olması barədə xəbərdarlıq edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəliklərin rəsmi saytlarında məlumat yerləşdirilib.

"Qırğızıstanda oktyabr ayında ölkə hökuməti və xarici diplomatlara qarşı insanların qaçırılması və girov götürülməsi ilə bağlı ola biləcək terror hücumları təhlükəsinin yüksək olması barədə məlumat əldə etmişik. Britaniya vətəndaşlarına qarşı təhlükə barədə konkret informasiya olmasa da, vətəndaşlarımıza ictimai yerlərdə sayıq olmağı, izdihamlı yerlərdən uzaq gəzməyi və yerli hakimiyyət orqanlarının təhlükəsizlik məsələləri üzrə təlimatlarına əməl etməyi tövsiyə edirik", - Böyük Britaniya səfirliyinin saytında məlumat verilib.

Oxşar məlumat həftə sonu ABŞ səfirliyinin saytında da yerləşdirilib.

Səfirlik öz vətəndaşlarına xüsusən respublikanın cənubunda - Oş, Batken və Cəlal-Abad əyalətlərində səyahət edən zaman diqqətli olmağı tövsiyə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi