Yuxarı

​ABŞ və Avropa İttifaqı Belarusa qarşı sanksiyaları qismən dayandırıb

Belarus şirkətlərinə qarşı sanksiyalar dayandırılıb, 170 nəfər qara siyahıdan çıxarılıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Birləşmiş Ştatlar bir sıra Belarus şirkətlərinə qarşı tətbiq olunan sanksiyaların fəaliyyətini qismən dayandırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, qərar "Belorusneft", "Belneftexim" və onun ABŞ-dakı filialı, "Belşina", "Qrodno Azot", "Qrodno Ximvolokno", "Lakokraska", "Naftan", "Polotsk-Steklovolokno" şirkətlərinə aid edilib.

Bundan əvvəl isə məlum olub ki, Avropa İttifaqı Belarusun 170 fiziki və 3 hüquqi şəxsinə qarşı sanksiyaların fəaliyyətini dörd ay müddətinə dayandırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi