ABŞ ÜST-lə bütün əlaqələrini dayandırdı

ABŞ ÜST-lə bütün əlaqələrini dayandırdı Amerika Birləşmiş Ştatları Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ayrılması nəzərdə tutulan vəsaiti digər səhiyyə təşkilatlarına yönlədirəcək.
Digər ölkələr
29 May , 2020 23:04
ABŞ ÜST-lə bütün əlaqələrini dayandırdı

Amerika Birləşmiş Ştatları Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ayrılması nəzərdə tutulan vəsaiti digər səhiyyə təşkilatlarına yönlədirəcək.

“Report” un verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

“ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə bütün əlaqələrinə son qoyur. Çünki, ÜST-nin rəhbərliyi ABŞ hökumətinin israr etdiyi islahatları həyata keçirməkdən imtina edib. Vaşinqton təşkilata il ərzində ayırdığı təxminən 450 milyon ABŞ dolları həcmində vəsaiti digər ehtiyaclara yönəltmək niyyətindədir”, - deyə, Tramp bildirib. 

Son xəbərlər

Orphus sistemi