Yuxarı

​ABŞ universitetində tələbə 4 nəfəri bıçaqlayıb

Polis odlu silah tətbiq edib

Bakı. 5 noyabr. REPORT.AZ/ Kaliforniya universitetində tələbə bıçaqla 4 nəfəri yaralayıb.

"Report" KFSN telekanalına istinadən xəbər verir ki, yaralılardan ikisi universitetin əməkdaşı, ikisi isə tələbəsidir.

Məlumata görə, hadisə yerinə gələn polis odlu silah tətbiq edib və nəticədə hücum edən şəxs öldürülüb.

Hazırda polis insidentin təfərrüatlarını araşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi