ABŞ Ukraynaya 1 milyondan çox haubitsa mərmisi verib

ABŞ Ukraynaya 1 milyondan çox haubitsa mərmisi verib ABŞ Ukraynaya bir milyondan çox haubitsa mərmisi verib. Bu sursatlar Cozef Bayden administrasiyasının 18,2 milyard dollarlıq maliyyə yardımının bir hissəsidir.
Digər ölkələr
25 oktyabr 2022 14:26
ABŞ Ukraynaya 1 milyondan çox haubitsa mərmisi verib

ABŞ Ukraynaya bir milyondan çox haubitsa mərmisi verib. Bu sursatlar Cozef Bayden administrasiyasının 18,2 milyard dollarlıq maliyyə yardımının bir hissəsidir.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin məlumatında deyilir.

Belə ki, Ukrayna tərəfi M777 haubitsaları üçün 903 min ədəd 155 mm-lik M795 mərmisi, RAAMS sistemi üçün 7 000 mərmi, 105 mm-lik toplar üçün 180 000 mərmi verib. Ümumilikdə, bu, çəkisi 50 min tondan çox olan 1,09 milyondan çox mərmi təşkil edir.

Bundan başqa, ABŞ Ukraynaya 1 400-dən çox “Stinger” zenit sistemi, 8 500-dən çox “Javelin” tank əleyhinə sistem, 37 000-dən çox digər tank əleyhinə sistemlər verib.

Son xəbərlər

Orphus sistemi