ABŞ Ukraynanı müvəqqəti olaraq bəzi ticarət güzəştlərindən məhrum edib

ABŞ Ukraynanı müvəqqəti olaraq bəzi ticarət güzəştlərindən məhrum edib Buna Kiyevin intellektual mülkiyyət hüquqlarının qorunması üzrə göstərdiyi səylərin azlığı səbəb olub
Digər ölkələr
23 Dekabr , 2017 04:59
ABŞ Ukraynanı müvəqqəti olaraq bəzi ticarət güzəştlərindən məhrum edib

Bakı. 23 dekabr. REPORT.AZ/ ABŞ Ukraynanı yerli hökumətin intellektual mülkiyyət hüquqlarının qorunması istiqamətində göstərdiyi səylərini kifayət qədər hesab etməyərək, Kiyevi Baş Ticarət İmtiyazları Sisteminin (BİS) təsir dairəsindən çıxarıb.

“Report” xəbər verir ki, bunu Konqres rəhbərliyinə müraciətində Amerika lideri Donald Tramp bildirib.

"Mən qərar qəbul etdim ki, Ukraynadan olan bir sıra məhsul növlərinə qarşı BİS çərçivəsində tətbiq olunan imtiyazların fəaliyyətini dayandırmaq düzgün olar", — deyə Tramp qeyd edib.

Onun məktubunun mətni Ağ evin mətbuat xidməti tərəfindən yayılıb.

Son xəbərlər

Orphus sistemi