ABŞ Ukraynanı 60 km mənzilli idarə olunan raketlərlə təchiz edəcək

ABŞ Ukraynanı 60 km mənzilli idarə olunan raketlərlə təchiz edəcək ABŞ Ukraynanı 60 km mənzilli idarə olunan raketlərlə təchiz edəcək.
Digər ölkələr
1 İyun , 2022 05:37
ABŞ Ukraynanı 60 km mənzilli idarə olunan raketlərlə təchiz edəcək

ABŞ Ukraynanı 60 km mənzilli idarə olunan raketlərlə təchiz edəcək.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Söhbət "M31 GMLRS" raketlərindən gedir. Bu tip döyüş sursatları 155 mm-lik M-777 haubitsalarından iki dəfə uzundur.

Qəzetin məlumatına görə, ABŞ bununla da Ukrayna qoşunlarının döyüş qabiliyyətini gücləndirmək niyyətindədir.

Raketlər gələn həftə təhvil verilə bilər.

Bundan əvvəl Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə Kiyevə silah tədarükü və Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edib.

Son xəbərlər

Orphus sistemi