ABŞ ukraynalı hərbçiləri öyrədən təlimatçıların sayını artırmağı ehtiyac görmür

ABŞ ukraynalı hərbçiləri öyrədən təlimatçıların sayını artırmağı ehtiyac görmür “ABŞ ukraynalı hərbçilərə təlim keçən təlimatçıların sayının artırılması məsələsini nəzərdən keçirməyə hazırdır”.
Digər ölkələr
10 May , 2022 08:40
ABŞ ukraynalı hərbçiləri öyrədən təlimatçıların sayını artırmağı ehtiyac görmür

“ABŞ ukraynalı hərbçilərə təlim keçən təlimatçıların sayının artırılması məsələsini nəzərdən keçirməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

Ondan ABŞ hakimiyyətinin Ukrayna hərbçilərinin təlimi prosesini necə qiymətləndirdiyini, Florida Milli Qvardiyasının təlimatçılarının hazırkı sayının yetərli olub-olmadığı soruşulub: “İndi biz təlimatçıların sayını artırmağa ehtiyac görmürük. Bizdə olan vasitələri kifayət qədər hesab edirik.

Yardım məsələsində təkcə Florida Milli Qvardiyası iştirak etmir. Gördünüz ki, Kanada həmçinin təlim keçirir. İndi bununla kifayətləndiyimizə inanırıq. Təbii ki, çevik olmaq istəyirik və əgər sayı dəyişdirmək və ya təlim keçirmək üçün əlavə adama ehtiyac yaranarsa, əlbəttə ki, bu məsələni nəzərdən keçirməyə hazır olacağıq” - deyə Kirbi cavab verib.

Son xəbərlər

Orphus sistemi