ABŞ Kiyev hakimiyyəti ilə Rusiyanın iştirakı olmadan taxıl müqaviləsinin uzadılması təklifini müzakirə edir.
"Report" xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
Bundan əvvəl Zelenski bildirib ki, o, BMT-nin baş katibi Antoniu Quterreş və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana taxıl sazişinin və ya onun ekvivalentinin Rusiyanın iştirakı olmadan üçtərəfli formatda davam etdirilməsi təklifi ilə bağlı ismarışlar göndərib.
“Zelenski BMT-yə təklif göndərib, biz bunu ukraynalı həmkarlarımızla müzakirə edirik və taxıl tədarükünün bərpası məqsədilə həll yolu tapmaq üçün hər şeyi edəcəyik”, - Miller deyib.