Bakı. 16 oktyabr. REPORT.AZ/ ABŞ Türkiyəyə qarşı tətbiq etdiyi viza məhdudiyyətini qismən aradan qaldırıb.
"Report" "Haberler"ə istinadən xəbər verir ki, bundan sonra müalicə məqsədilə və digər xüsusi hallarda ABŞ-a getmək istəyən Türkiyə vətəndaşlarına viza veriləcək.
Vizanı yalnız ABŞ-ın Ankaradakı səfirliyi və İstanbuldakı Baş Konsulluğu verəcək.
Qeyd edək ki, ABŞ İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun saxlanılmasından sonra Türkiyəyə qarşı miqrantlar istisna olmaqla viza məhdudiyyəti tətbiq etmişdi.