ABŞ Türkiyəni NATO üzvlüyündən kənarlaşdırmaqla hədələyib

ABŞ Türkiyəni NATO üzvlüyündən kənarlaşdırmaqla hədələyib Con Kerri: "Biz dövlət çevrilişində günahkar bilinənlərin məsuliyyətə cəlb edilməsinin tərəfdarıyıq"
Digər ölkələr
18 İyul , 2016 18:33
ABŞ Türkiyəni NATO üzvlüyündən kənarlaşdırmaqla hədələyib

Bakı. 18 iyul. REPORT.AZ/ "Türkiyənin demokratik prinsipləri pozan hərəkətləri ölkənin NATO-da üzvlüyünü itirməsinə gətirib çıxara bilər."

"Report"un "gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə keçirdiyi birgə mətbuat konfransında ABŞ-ın dövlət katibi Con Kerri bildirib.

O deyib ki, ABŞ Türkiyənin seçilmiş rəhbərliyini dəstəkləyir. Birləşmiş Ştatlar Türkiyə hökumətini qanunun aliliyi və ölkənin demokratik təsisatlarına hörmətlə yanaşmağa çağırır.

"Şübhəsiz, biz dövlət çevrilişində günahkar bilinənlərin məsuliyyətə cəlb edilməsinin tərəfdarıyıq. Lakin çərçivədən kənara çıxan hərəkətlərdən çəkinmək lazımdır", - dövlət katibi vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi