ABŞ Türkiyəni müdafiə sahəsində əməkdaşlığı kəsəcəyi ilə hədələyib

ABŞ Türkiyəni müdafiə sahəsində əməkdaşlığı kəsəcəyi ilə hədələyib Bakı. 8 mart. REPORT.AZ/ ABŞ Türkiyənin Rusiyaya məxsus S-400 zenit-raket komplekslərini almaqdan imtina edəcəyinə ümid bəslədiyini bildirib.
Digər ölkələr
8 Mart , 2018 21:55
ABŞ Türkiyəni müdafiə sahəsində əməkdaşlığı kəsəcəyi ilə hədələyib

Bakı. 8 mart. REPORT.AZ/ ABŞ Türkiyənin Rusiyaya məxsus "S-400" zenit-raket komplekslərini almaqdan imtina edəcəyinə ümid bəslədiyini bildirib.

"Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, belə bir açıqlama ilə NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı, Amerika generalı Kertis Skaparrotti çıxış edib.

General əks təqdirdə Vaşinqtonla Ankara arasında müdafiə sahəsində əməkdaşlığın kəsiləcəyi ilə hədələyib.

"Biz Türkiyə ilə onların istifadə edə biləcəyi Hava Hücumundan Müdafiə tədbirlərini və sistemlərini müzakirə edirik. Düşünmürəm ki, bu, başa çatmış sövdələşmədir. Düşünürəm ki, vaxtımız var və mən işi bu aspektdə davam etdirmək istəyirəm ki, onları həmin sistemin NATO standartlarına uyğun gəlmədiyini əmin edə bilim", - deyə general bildirib.

Demokrat senator Cek Rid isə bildirib ki, Türkiyənin "S-400" raketlərini əldə etməsi ABŞ və Türkiyə arasındakı müdafiə sahəsində əməkdaşlığa potensial təhlükə törədir. 

Orphus sistemi