ABŞ türkiyəli nazirə qarşı sanksiya tətbiq edib

ABŞ türkiyəli nazirə qarşı sanksiya tətbiq edib ​​​​​​​ABŞ Türkiyənin dövlət qurumuna və onun dörd vəzifəli şəxsinə qarşı sanksiya tətbiq edib
Digər ölkələr
6 Aprel , 2021 01:04
ABŞ türkiyəli nazirə qarşı sanksiya tətbiq edib

ABŞ Türkiyənin dövlət qurumuna və onun dörd vəzifəli şəxsinə qarşı sanksiya tətbiq edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ hökumətinin rəsmi nəşr orqanı olan Federal Qeydiyyatda yerləşdirilən sənəddə deyilir.

“Qara siyahı”ya Müdafiə sənayesi nazirliyi və onun rəhbəri İsmayıl Demirin adı daxil edilib. Sanksiya tətbiq edilən dörd dövlət rəsmisi - müdafiə sənayesi naziri İsmayıl Dəmir, nazirlikdə müxtəlif vəzifələrdə işləyən Mustafa Alper Dəniz, Serhat Gənçoğlu və Faruk Yiğit ABŞ-a daxil ola bilməyəcək, aktivləri bloklanacaq, amerikalıların bu şəxslərlə hər hansı bir əməliyyat aparması qadağan olunacaq.

Qeyd olunub ki, buna səbəb Türkiyənin Rusiya ilə hərbi əməkdaşlığıdır. Sanksiyalar 7 apreldə rəsmi yayımlandıqdan sonra qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi