Yuxarı

​ABŞ Türkiyədəki terror aktından məlumatsız olduğunu bəyan edib

Toner: Bizdə dəqiq məlumat və ya informasiya yox idi

Bakı. 29 iyun. REPORT.AZ/ ABŞ hökuməti Türkiyədəki terror aktları barədə dəqiq məlumat və ya informasiyaya malik olmayıb.

"Report" xəbər verir ki, bu barədə çərşənbə günü Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner məlumat verib.

Jurnalistlər brifinqdə Vaşinqtonun İstanbulda hazırlanan terror aktı barədə məlumatlı olub-olmadığı barədə maraqlanıblar.

"Bizdə hərəkətə keçmək üçün əsas verən dəqiq məlumat və ya informasiya yox idi", — deyə o bildirib.

ABŞ Dövlət Departamenti 40-dan çox insanın ölümünə səbəb olan terror aktından bir gün əvvəl Türkiyəyə getməyin təhlükəli olması barədə Amerika vətəndaşları üçün xəbərdarlıq yaymışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi