ABŞ: Tikritə hücuma artıq şiə yaraqlılar başçılıq etmirlər

ABŞ: Tikritə hücuma artıq şiə yaraqlılar başçılıq etmirlər ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri general Lloyd Austin belə deyir
Digər ölkələr
27 Mart , 2015 02:44
ABŞ: Tikritə hücuma artıq şiə yaraqlılar başçılıq etmirlər

Bakı. 27 mart. REPORT.AZ/ ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri general Lloyd Austin deyib ki, İraqda Tikrit şəhərinin İslam Dövlətindən geri alınması əməliyyatında şiə yaraqlılar artıq aparıcı qüvvə deyillər.

"Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, general bildirib ki, İran tərəfindən dəstəklənən şiə hərbi birləşmələrinin hücumdan geri çəkilməsi ABŞ-ın rəhbərliyi ilə hava zərbələrinin endirilməsi üçün şərt idi.

Hazırda İraq hökumət qoşunları Tikrit üzərinə hücumu davam etdirirlər.

General Austin ABŞ Senatının Silahlı Xidmətlər Komitəsinə hesabat verib ki, Tikritin “təmizlənməsi əməliyyatında” 4000-dək İraq əsgəri iştirak edir.

O deyib ki, hücum əməliyyatının səngiməsi quru qoşunlarının hökumət tərəfindən lazımınca əlaqələndirilməməsi ucbatından baş verib.

Son xəbərlər

Orphus sistemi