ABŞ Tayvana böyük həcmdə silah tədarükü planlaşdırır

ABŞ Tayvana böyük həcmdə silah tədarükü planlaşdırır Ağ ev bu informasiyanı şərh etməkdən boyun qaçırıb
Digər ölkələr
18 Mart , 2017 08:37
ABŞ Tayvana böyük həcmdə silah tədarükü planlaşdırır

Bakı. 18 mart. REPORT.AZ/ ABŞ-ın Prezident Administrasiyası Tayvana raket kompleksləri və gəmi əleyhinə raketlərdən ibarət böyük həcmdə silah tədarük etməyi planlaşdırır.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasındakı anonim mənbə məlumat verib.

Bildirilir ki, ABŞ bu işi həyata keçirmək üçün Pekinin mövqeyi də daxil olmaqla mövcud maneələri aradan qaldırmağa aylarla vaxt sərf edə bilər. Bununla belə, artıq məsələ ilə bağlı müzakirələr başlanıb.

Ağ ev bu informasiyanı şərh etməkdən boyun qaçırıb.

Son xəbərlər

Orphus sistemi