ABŞ taxıl ixracı üçün Türkiyə və Ukrayna ilə alternativ yollar axtarır

ABŞ taxıl ixracı üçün Türkiyə və Ukrayna ilə alternativ yollar axtarır ABŞ taxıl müqaviləsinə xitam verildikdən sonra Ukrayna taxılının alternativ ixrac marşrutları yaratmaq üçün Türkiyə, Ukrayna və digər Şərqi Avropa ölkələri ilə danışıqlar aparır.
Digər ölkələr
15 avqust 2023 22:44
ABŞ taxıl ixracı üçün Türkiyə və Ukrayna ilə alternativ yollar axtarır

ABŞ taxıl müqaviləsinə xitam verildikdən sonra Ukrayna taxılının alternativ ixrac marşrutları yaratmaq üçün Türkiyə, Ukrayna və digər Şərqi Avropa ölkələri ilə danışıqlar aparır.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” rəsmilərə istinadən yazıb.

Müəlliflər yazıb ki, Vaşinqtonun dəstəklədiyi plan Ukraynanın oktyabr ayına qədər Dunay boyunca ayda 4 milyon ton taxıl ixrac etmək imkanıdır.

Materialda qeyd olunub ki, taxılın əhəmiyyətli hissəsi Dunay çayı boyunca, eləcə də Qara dəniz vasitəsilə Rumıniyanın yaxınlıqdakı limanlarına göndəriləcək. Bundan sonra o, başqa istiqamətlərə göndəriləcək. Nəşrin məlumatına görə, bu marşrut daha yavaş və bahalıdır.

Son xəbərlər

Orphus sistemi